Kateqoriya
Axtar
Qiyməti

Buldozer icarəsi

Buldozer icarə

16 tondan 32 tonadək buldozerlər günlük və aylıq icarəyə verilir

9500 Azn
Buldozer icarə

16 tondan 50 tona qədər buldozerlər icarəyə verilir

9200 Azn
Dozer icarə

16 ton, 22 ton. 26 ton.31 ton Buldozerlər icarəyə verilir.

9400 Azn
Buldozer icarəsi. SD 16.  SD 22

Texnikalarımız hamısı yenidir. 16 tonluq . 22 tonluq. 28 tonluq Buldozerlərimiz mövcüddur

9500 Azn
Buldozer icarə

Buldozerlər icarəyə verilir. 16 ton, 22 ton, 26 ton, 32 ton .

9000 Azn
Buldozer icarəsi

Müxtəlif tonnajda buldozerlərin icarəsi. 16 ton 22 ton. 26 ton 28 ton. Bütün ölkə üzrə icarə həyata keçirilir

9000 Azn
Cat d10t Buldozer İcarəsi

CAT D10T Buldozer İcarəsi İri həcmli torpaq işləri, karyer əməliyyatları və sənaye layihələri üçün güclü texnika axtarırsınızsa, CAT D10T ideal seçimdir. Yüksək gücü və ağır iş şəraiti üçün hazırlanmış konstruksiyası

15 Azn
Digər elanlar

Bizim saytımız inşaat, yol təmiri, mədən və digər ağır işlər üçün yüksək performanslı və fərqli xüsusiyyətlərə malik buldozerləri sizlər üçün icarəyə verir. Müştərilərimiz üçün buldozerin modeli, texniki vəziyyəti və iş tələblərinə uyğun olaraq qısa, orta və uzunmüddətli icarə müddətləri var. Məqsədimiz, müştərilərimizin işini səmərəli şəkildə aparması üçün onlara etibarlı və müasir texnikalar təqdim etməkdən ibarətdir.

Qiymətlər bizimlə daha sərfəlidir

Buldozer icarəsi üçün qiymətlərimizi müxtəlif ehtiyacları nəzərə alaraq şəffaf formalaşdırırıq. İcarə qiyməti buldozerin modelinə, texniki xüsusiyyətlərinə və istifadə müddətinə görə fərqlidir. Daha güclü və böyük miqyaslı işlər üçün nəzərdə tutulan buldozerlər yüksək performansa sahib olduğu üçün qiymətlər də ona uyğun hazırlanır. Müştərilərimizin büdcələrinə uyğun olaraq qiymət seçimləri və ödəniş imkanları mövcuddurş Həmçinin, müəyyən müddətdən uzunmüddətli icarələr və daimi əməkdaşlıq istəyən müştərilərimiz üçün xüsusi endirimlərimiz olur. Bu yanaşma ilə hər bir müştərinin işinə uyğun təkliflər hazırlamaq bizim üçün çox vacibdir.

Endirimlərimiz nədən ibarətdir?

Buldozer icarəsi sahəsində müştərilərimizə müxtəlif ehtiyac və şərtlərə uyğun endirim təkliflərimiz formalaşdırılıb. Mövsümi və qısamüddətli layihələr üçün xüsusi paketlər, daimi müştərilər və uzunmüddətli əməkdaşlıqlar üçün isə güzəştli endirimlər var. Bu kampaniyalar vasitəsilə sizlər üçün eibatlı icarə həlləri təmin edirik.

Xidmətlərimiz tələbatlarınızı qarşılayır

Müştərilərimizə təqdim etdiyimiz buldozer icarəsi xidmətləri müxtəlifdir.
Müxtəlif modellərimiz üçün icarə imkanları var. Kiçik, orta və geniş miqyaslı işlər üçün uyğun olan buldozer çeşidlərimiz müştərilərimizə işinə uyğun seçim imkanınə ön plana çıxarır. Fərqli güc və funksiyaya malik texnikalarla hər bir layihənin ehtiyaclarını qarşılaya bilərik.
Texniki dəstək ilə buldozerlərimizin icarə müddətində yarana biləcək hər hansı texniki problem üçün peşəkar xidmət göstəririk. Hər hansı nasazlıq yarandıqda, dərhal təmir xidmətimiz sizin üçün hazır vəziyyətfə olur, bu da işin davam etməsinə zəmanət verir.
Çatdırılma və daşınma isə buldozerlərin layihə sahəsinə çatdırılması və geri alınması ilə bağlı peşəkar logistikası ilə məşğuldur. Bu, müştərilərimizə əlavə rahatlıq verir. Bununla yanaşı, işin vaxtında başlamasına imkan yaradır.
İstifadə təlimatları və məsləhətlər zamanı müştərilərimizə buldozerin düzgün istifadəsi və texniki xüsusiyyətləri barədə təlimat verilir. Qeyd edək ki, layihəniz üçün ən uyğun texnika seçimini etmənizə yardım edirik.

Buldozer seçərkən nələrə diqqət edək?

İşiniz üçün doğru buldozeri seçmək prosesin effektivliyini artıra bilir. Hər bir iş şəraiti özünəməxsus tələb yaradır. Buna görə seçim zamanı diqqətli olmalıyıq.
Əsas məqam ərazi uyğunluğudur. İşin həyata keçiriləcəyi ərazinin xüsusiyyətlərini dəyərləndirməyi bacarın. Düzən və asan keçilən sahələr üçün standart modellər uyğundur. Amma dağlıq, daşlı və ya bataqlıq ərazilərdə daha möhkəm və güclü buldozerlər sizə kömək ola bilər.
Yük daşıma gücü və çəki tələblərini bilməliyik. Əgər böyük həcmli yükləri daşımaq və ağır işlər görmək lazımdırsa, yüksək gücə malik modellər məsləhət olunur. Dar ərazilər və yüngül işlər üçün isə kompakt və çevik modellər hər zaman tələbləri ödəyir.
Funksional xüsusiyyətlər və texnologiyalar ilə tanış olun. Ən müasir funksiyalarla təchiz olunmuş buldozerlər iş axınını sadələşdirir. Məsələn, avtomatlaşdırılmış idarəetmə və dəqiq yerdəyişmə funksiyaları olan modellər prosesə dəqiqlik və çeviklik qatır.
Layihənin tələblərini müəyyən edin. İşin növünə əsaslanaraq, xüsusilə torpaq düzəltmə, səth hamarlama, və ya material daşınması üçün uyğun bir buldozer vacib amillərdəndir. Beləliklə, layihənin tələblərinə uyğun düzgün texnika seçimi, həm vaxt, həm də resurs baxımından qənaət yaradır.

Bazarda bu texnikaya olan tələbat nə yerdədir?

Buldozerlər, infrastruktur, tikinti və mədən sahələrində istifadə olunur. Torpaq işlərində və ərazilərin hazırlanmasında geniş istifadə olunduğundan bazarda buldozerlərə olan tələb artmaqda davam edir. Əsasən iri həcmli və ağır işlərin həyata keçirilməsində vacib rol oynayan buldozerlər, iş proseslərində xərclərin optimallaşdırılmasına xidmət edir. Böyük tikinti layihələrinin və infrastruktur işlərinin artması bazarda buldozerlərə ehtiyacı da artıra bilir.

Buldozer icarəsi niyə bizimlə etməlisiniz?

Biz buldozer icarəsində müştərilər üçün etibarlı bir tərəfdaş olmuşuq. Müştərilərimizə geniş texnika seçimi və sərfəli qiymətlər təqdim edirik. Təcrübəli komandamız, hər zaman dəstək verərək işlərinizi rahatlaşdırır. Bizimlə işləyən müştərilər, etibarlı xidmət və çevik həllərlə işlərini daha səmərəli görürlər.

ehtiyat hisseleri insaat generator new holland traktor zoomlion tumosan landini traktor evakuator