Dərin şum aqreqatı Maschio Gaspardo Pinocchio 2505
Elan kodu: 302Kateqoriya Texnika Satışı
Aqrotexnika
Qiymət 8 920 Azn
Maschio Gaspardo Pinocchio 250/5 Dərin Şum Aqreqatı Torpaq Partladan Riper.
İtalyan istehsalı "Maschio Gaspardo Pinocchio 250/5" dərin şum aqreqatı, torpaqda ənənəvi kotanlara nisbətən daha səmərəli şumlama imkanı yaradır. Riper funksiyası sayəsində dərindəki sıxlaşmış torpaq qatlarını partladaraq bitkilərin kök inkişafını dəstəkləyir və torpağın su keçirmə qabiliyyətini artırır. Bu üsul, suvarma zamanı suyun torpağın daha dərin qatlarına nüfuz etməsini təmin edərək, vegetasiya dövrü ərzində torpaqda nəmliyi uzun müddət saxlamağa kömək edir. Nəticədə, su sərfiyyatı azaldılır və bitkilər daha münbit bir mühitdə inkişaf edir.
Əlavə olaraq, Pinocchio 250/5 aqreqatı ilə şum zamanı torpaq çevrilmədən şumlanır ki, bu da torpağın mikro və makro elementlərinin qorunaraq bitkiyə daha effektiv çatdırılmasını təmin edir. Arxa tərəfdə yerləşən biri-birinə əks istiqamətdə işləyən dişli mərdanələr torpağı xırdalayaraq səthini düzəldir və toxum səpinini asanlaşdırır. Bu xüsusiyyətlər fermerlərə həm şumlama, həm də diskləmə işlərini bir əməliyyatla yerinə yetirmə imkanı yaradır.
Əsas Texniki Xüsusiyyətlər
- İstehsalçı ölkə: İtaliya
- Təyinatı: Dərin şum aqreqatı (riper, torpaq partladan)
- Tələb olunan traktor gücü: 70-130 at gücü
- Qoşulma növü: 3 nöqtəli sistem
- Qolların sayı: 5 ədəd
- İşləmə eni: 250 sm
- İşləmə dərinliyi: 45 sm
- Ümumi eni: 280 sm
- Kəsici bıçaqlar: Qollar üzərində 10 ədəd bıçaq
- Arxa vərdənə: Dişli, 2 ədəd
Sərfəli Alış Şərtləri və Güzəştlər
Maschio Gaspardo Pinocchio 250/5 dərin şum aqreqatını Prior şirkətindən 40%-dək dövlət güzəşti və 48 aya qədər faizsiz lizinq şərtləri ilə əldə etmək mümkündür. Müasir şum texnologiyasına sahib olmaq və təsərrüfat işlərini daha səmərəli şəkildə icra etmək üçün bu imkandan yararlana bilərsiniz.
Tarix: 24.07.2026









