Prior Leasing

Şirkətimiz 2014-cü ildə Azərbaycan vətəndaşları olan fərdi sahibkarlar tərəfindən təsis edilmişdir. Yerli istehsalçılarla yanaşı digər irəli gələn ölkələrdə istehsal olunan rəsmi istehsalçı məhsullarının nəğd və 40% dövlət güzəştilə lizinqlə

Bakı ş., Ziya Bünyadov pr., 1965 (Çinar Park Biznes Mərkəzi, 1-ci bina, 3-cü mərtəbə)

(050) 8788800

Becərmə traktoru Landini Super DT 110 HC

Elan kodu: 188

Kateqoriya Texnika Satışı
Traktor

Qiymət 72 654 Azn

Prior Leasing (Bütün Elanları)
Bakı şəhəri
0508788XXXnömrəni göstər

"Landini Super DT 110 HC" yüksək klirensi və qabaqcıl texnologiyası ilə pambıq tarlalarında və digər xüsusi becərmə işlərində istifadə üçün nəzərdə tutulmuş ideal bir modeldir. İtalyan istehsalı olan bu yeni nəsil traktor, 102 at gücündə PERKINS 1104D TIER 3 (4 silindr) mühərriklə təchiz edilmişdir. Onun 16 irəli və 16 geri sinxron ötürməli sürətlər qutusu ilə təchiz olunması, həm də Creeper funksiyası sayəsində işlərinizi daha dəqiq və səmərəli şəkildə yerinə yetirir.

Landini Super DT 110 HC modeli öz 60, 6 sm-lik hündürlüyü və bütün təkərlərin eyni ölçüdə – 13.6R38 olması ilə bitkiləri zərərdən qorumaq üçün nəzərdə tutulmuşdur. Bu xüsusiyyətlər iş zamanı zərər riskini minimuma endirir və becərmə prosesində mükəmməl manevr qabiliyyəti təmin edir.

Texniki Xüsusiyyətlər:

Ölkə: İtaliya
İstifadə sahəsi: Becərmə işləri
Yanacaq növü: Dizel
Mühərrikin gücü: 102 at gücü
Fırlanma tezliyi: 2200 dövr/dəq
Sürətlər qutusu: Sinxron ötürmə, 16 irəli + 16 geri
Sürət aralığı: 0, 38-30, 91 km/s
Quyruq mili dövrləri: 540/1000 dövr/dəq
Üç nöqtəli birləşmə: CAT II
Hidravlik çıxışların sayı: 8 ədəd
Yük qaldırma qabiliyyəti: 2600 kq
Yanacaq çəni: 95 litr
Təkər formulu: 4x4
Təkər ölçüləri: 13.6R38 (ön və arxa)
Ölçülər (En/Uz/Hündürlük): 1731/4080/2790 mm
Klirens: 606 mm
Ön yüklər: 7 x 36 kq
Çəkisi: 3750 kq
Kabin: Kondisionerli və qızdırıcılı kabin
Bu traktor modeli 40%-dək dövlət güzəştindən yararlanmaq və 60 aya qədər faizsiz lizinq imkanı ilə təklif olunur. Məhdud sayda olan "Landini Super DT 110 HC" modellərini ən yaxın filialımızdan əldə edin. 2024 buraxılışı olan bu yeni model kənd təsərrüfatında etibarlılıq və məhsuldarlıq axtaranlar üçün ideal seçimdir.


Tarix: 24.07.2026

Becərmə traktoru Landini Super DT 110 HC
  • ViP elan et
  • Elanı irəli çək
  • Düzəliş et
  • Sil

Traktor Lovol TD 1654, 2026 il, 165 at gücü, motor 6.8 lŞirkət

LOVOL TD 1654 UNİVERSAL TRAKTOR İstehsalçı ölkə Çin

62960 Azn
New Holland T6090 (2023)Şirkət

New Holland T6090 (2023)

171010 Azn

ehtiyat hisseleri insaat generator landini belarus traktor new holland traktor zoomlion belarus texnika